Hipotalamus

Hipotalamus və ya görməqabaraltı ― baş beyinin kiçik ölçülü quruluşu olub müxtəlif funksiyaları yerinə yetirən nüvələrdən ibarətdir.

Hipotalamus bütün onurğalılarda mövcudur. İnsanda bu orqan bir badam şəklindədir. Məməlilərdə beyin mərkəzləri arasında rabitə yaradır. Bədən temperaturunu, periferik sinir sisteminihipofizin fəaliyyətini idarə edir. Susuzluq, aclıq hislərinin mərkəzi olub bədən istiliyini və qan təzyiqini tənzimləyir. Həm də ifraz etdiyi RF maddəsi ilə hipofizə xəbərdarlıq edir. Daxili tarazılıq hipotalamus ilə qorunur. Karbohidrat-yağ-zülal maddələr mübadiləsini tənzimləyir. Duyğuların fiziki təməli də hipotalamus tərəfindən dəstəklənir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search